Azərbaycan və Litva arasında keçirilən yoldaşlıq görüşündə 90 dəqiqə ərzində meydana 9 milliləşdirilmiş futbolçu çıxıb.

Offsideplus.az xəbər verir ki, “Offside” səhifəsində bu barədə paylaşılan posta “milliləşdirilmə” termini ilə müxtəlif fikirlər yarandığı səbəbindən dünyaca məşhur “Oxford” lüğətinə müraciət etdik. Həmin lüğətdə “milliləşdirilmə” termininə belə bir tərif verilir: “Milliləşdirilmə - xarici ölkə vətəndaşının başqa ölkənin vətəndaşlığını qəbul etməsi”.

Bu izaha uyğun olaraq, həmin görüşdə meydana çıxan 9 nəfərin (Azərbaycan vətəndaşlığını almazdan əvvəl digər ölkə vətəndaşlıqları göstərilməklə) siyahısını təqdim edirik:

1.Bədavi Hüseynov (Rusiya)

2.Rüfət Dadaşov (Almaniya)

3.Ramil Şeydayev (Rusiya)

4.Anton Krivotsyuk (Ukrayna)

5.Dmitri Nazarov (Almaniya)

6.Əli Babayev (İsrail)

7.Eddi İsrafilov (İspaniya)

8.Riçard Almeyda (Braziliya)

9.Emin Mahmudov (Rusiya)

Hər il milyonlarla pulu milliləşdirilmə üçün xərcləməkdənsə regionların öldürülən futbolunu diriltmək daha yaxşı olmazmı?