19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının elit-raund mərhələsində mübarizəyə başlayıb. 

Offsideplus.az xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Rusiyada təşkil olunan turnirdə bu gün ilk oyununu keçirib. Birinci qrupda mübarizə aparan komandamız ilk sınağında meydan sahibləri ilə üz-üzə gəlib və qolsuz bərabərə qalıb.

 
Qeyd edək ki, millimiz qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya seçmələri ilə də mübarizə aparır. Elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.


AÇ-2019-un seçmə mərhələsi, I qrup

20 mart

18:00. Rusiya - Azərbaycan - 0:0
Hakimlər: 
Adrien Jakottet, Vital Jobin (hər ikisi İsveçrə), Balaş Şert, Adam Farkaş (hər ikisi Macarıstan)
Krasnodar Akademiyasının stadionu