Bakıda təlim-məşq toplanışında olan milli komandamızın heyətində dəyişiklik baş verib. 

Offsideplus.az xəbər verir ki, "Sumqayıt" klubunun yarımmüdafiəçisi Aleksey İsayev millinin heyətindən çıxarılıb. Yarımmüdafiəçi zədələndiyi üçün baş məşqçi Nikola Yurçeviç tərəfindən yığmadan kənarlaşdırılıb.

 Qeyd edək ki, millimiz "Avro-2020"nin seçmə mərhələsində martın 21-də Zaqrebdə Xorvatiya, 4 gün sonra isə Bakıda Litva yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq.