"Xorvatiya qalib gəlməlidir, bu, birmənalıdır. Komandamız üçün önəmli olan bir sıra yeni futbolçular var". 

Offsideplus.az xəbər verir ki, bu sözləri Slaven Biliç AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Xorvatiya - Azərbaycan oyunu haqda danışarkən deyib.

Xorvatiiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında keçmiş komandasının qələbəsinə inandığını bildirsə də, bir sıra çətinliklərin olduğunu da qeyd edib: "Bizim Almaniya, Fransa və ya İtaliya kimi böyük ehtiyat qüvvəmiz yoxdur. Çətin vəziyyətdəyik, amma ümid edirəm ki, baş məşqçi doğru həll yolunu tapacaq".

Xatırladaq ki, Xorvatiya martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda millimizi qəbul edəcək.(qol.az)