17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun təqvimi açıqlanıb. Offsideplus.az xəbər verir ki, tarixində ilk dəfə bu raundda çıxış edəcək Azərbaycan yığmasının keçirəcəyi matçların vaxtı və yeri dəqiqləşib.

Oyunları Almaniyada keçiriləcək VII qrupun oyunları martın 22-də start götürəcək və 28-də yekunlaşacaq. Millimiz öncə meydan sahibləri, ardınca İrlandiya, son matçda İslandiya ilə görüşəcək.

Final mərhələsinə yeganə vəsiqə uğrunda mübarizə aparacaq komandamız irlandiyalılarla Qreyfsvald, digər iki oyunu Neubrandenburqda keçirəcək.

Avropa çempionatı

Elit-raund, VII qrup

22 mart

15:00. Almaniya – Azərbaycan

Neubrandenburq

25 mart

13:00. İrlandiya – Azərbaycan

Qreyfsvald

28 mart

14:00. Azərbaycan – İslandiya

Neubrandenburq

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilıib.