"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli yenidən Albaniya millisinə çağırıla bilər.
Offsideplus.az-ın yerli mətbuata istinadən məlumatına görə, veteran futbolçunun Topaz Premyer Liqasının XVIII turunda "Sabah"la oyundakı performansı həmkarlarımızın diqqətindən yayınmayıb.
Təsadüfi deyil ki, 1:1 hesabı ilə nəticələnən qarşılaşmadan sonra Aqolli turun oyunçusu seçilmişdi. Bunu xüsusi vurğulayan yerli KİV sabiq kapitanın çağırılması üçün baş məşqçi Kristian Panuççiyə təzyiq göstərir: "Millinin hələ də Aqolliyə ehtiyacı var. Yaşının çox olması isə oyununda hiss olunmur. Panuççi onun xidmətindən yararlana bilər".
Qeyd edək ki, 37 yaşlı Ansi Aqolli 2012-ci ildən "Qarabağ"ın formasını geyinir.