Vaqif Cavadovun işi çətinə düşüb. 

Offsideplus.az xəbər verir ki, bir neçə gün əvvəl xarici kluba getməyə hazırlaşdığını bildirən Cavadovun transfer məsələsi alınmır. Bunun səbəbini elə özü dedi. O Sport7.az-a açıqlamasında bunları bildirib:

"Hələ ki, gözləyirəm. İnşallah, kənarda qalmarıq. Proseslər gedir. Baxaq görək nə olacaq. Tək özüm deyiləm, ailəm də var. Hamısını düşünməliyəm. Şərtlər tam olaraq ürəyim istəyən kimi deyil, ona görə də alınmır. Azərbaycan klublarından da təklif yoxdur. Fərdi məşqlər edirəm. Birinci dəfə deyil ki, bu halla üzləşirəm. Xaricə getmək ehtimalım 70-80 faizdir. Bugünlərdə həll olunmalıdır. Transfer pəncərəsi problem yaratmaz. Mən azad agentən, fikrimcə bunun aidiyyatı yoxdur".