"Qarabağ" Topaz Premyer Liqasının 15-ci turunda "Qəbələ"ni qəbul edib və tərəflər 0:0 hesablı heç-heçəyə razılaşıblar.

Offsideplus.az xəbər verir ki, oyundan sonra açıqlama verən Ağdam klubunun yarımmüdafiəçisi Pedro Enrike qarşılaşma haqda danışıb:
 
"Böyük oyun və derbi idi. Komanda şəklində yaxşı idik. Düşünürəm ki, daha yaxşısına layiq idik. Əsas olan qol vurmaqdır, amma alınmadı. Ancaq kollektiv şəklində yaxşı idik".
 
Braziliyalı cinah futbolçusu Çinin "Hançjo Qrintaun" klubuna transfer olan Dino Ndlovunun yoxluğu barədə fikirlərini bölüşüb:
 
"Təbii ki, Dino yaxşı futbolçudur. Amma Mahir də gəncdir və inkişaf etməkdədir. Elə oyunlar olub ki, Mədətov matçın taleyini həll edib. Dino burda olanda da bəzən onda alınmırdı. Hər ikisi yaxşı futbolçudur. Ümumiyyətlə, hücumameyilli oyunçularımız yaxşıdır".