“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasında XV turun ən yaxşı futbolçusu məlum olub.

 Offsideplus.az xəbər verir ki, bu, “Səbail”in müdafiəçisi Elvin Yunuszadədir.

“Keşlə”yə qarşı səfər görüşündə 90 dəqiqə meydanda olan futbolçu bir qolun müəllifi olub. Araşdırmalara əsasən, Yunuszadə turun ən yaxşı indeksə malik futbolçusudu.

Qeyd edək ki, "Keşlə" - "Səbail" oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə nəticələnib.