"Keşlə"dən ayrılandan sonra hansı klubda çıxış edəcəyi maraq doğuran Vaqif Cavadov qarşıdakı planları ilə bağlı danışıb. 

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu Sport7.az-a açıqlamasında yaxın günlərdə yeni iş yerinin bəlli olacağını söyləyib:

"Hələ ki, danışıqlar gedir. Yaxın günlərdə yeni klubum bəlli olacaq. Xaricə gedirəm. 2-3 günə bilinəcək. Yəqin ki, burda klublardan maraqlanan olmadığı üçün gedirəm. Bu mənə aid sual deyil, onu klubların baş məşqçilərindən soruşun. Danışıq apardığım klublar yüksək dəstədəndir".