Azərbaycan I Divizionda XIV turun oyunları üçün hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa görüşlərinə təyinat alan bəzi ədalət təmsilçiləri də aşağı dəstəyə göndərilib.

Onlardan biri də dünən keçirilən “Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbisini idarə edən Rəvan Həmzəzadədi. O, “Sabah”la “Neftçi”nin ikinci komandalarının görüşündə dördüncü hakim olacaq.

I divizion

XIV tur

5 fevral (çərşənbə axşamı)

“Turan Tovuz” – “Qarabağ-2”
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

7 fevral (cümə axşamı)

“Sumqayıt-2” – “Keşlə-2”
Hakimlər: Ziya Nəsirov, Elmin Süleymanov, Zöhrab Abbasov, Alik Yunusov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Nihad Məmmədov
“Kapital Bank Arena” (ehtiyat meydança)

“Sabah-2” – “Neftçi-2”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Əli Cəbrayılov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu

“Zirə-2” – “Ağsu”
Hakimlər: Etibar Həsənov, Teymur Teymurov, Səbuhi Soltanov, Nail Nağıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“AZAL Arena”

8 fevral (cümə)

“Şüvəlan” – “Səbail-2”
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Taleh Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
“AZAL Arena”

“Kəpəz” – MOİK
Hakimlər: Nicat İsmayıllı, Mübariz Haşımov, Eyyub İbrahimov, Cahangir Yusifzadə
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Gəncə şəhər stadionu

“Qaradağ Lökbatan” – “Zaqatala”
Hakimlər: Rəşad Əhmədov, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, İslam Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu

Qeyd edək ki, turun bütün görüşləri 15:00-da başlayacaq.