“Qarabağ”da yeni məşqçi təyinatı gerçəkləşib.

Offsideplus.az xəbər verir ki, söhbət Azərbaycanın U-17 millisinin baş məşqçisi Zaur Həşimovdan gedir.

O, bundan sonra həm də "Qarabağ"ın U-19 millisini çalışdıracaq. Zaur Həşimov bu postda Rəşad Sadıqovu əvəzləyəcək. Sadıqov hazırda Azərbaycanın U-20 və U-21 yığmalarının baş məşqçisi olduğundan, Ağdam klubunun U-19 komandasından ayrılmalı olub.

Həşimov artıq yeni işinə başlayıb. O, dünən komandanı ilk məşqə də çıxarıb.

Mənbə: Sportlife.az