“Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli "RTSH Sport" kanalına müsahibə verib.

Təcrübəli müdafiəçi “köhlən atlar”dakı karyerası barədə danışıb:

- Sizin üçün "Qarabağ" çəkisini nə dərəcədədir?
- Artıq 9 mövsümdür "Qarabağ"da çıxış edirəm. Əvvəl düşünürdüm ki, burda uzun müddət qalmaram. Amma peşəkarlıq və azarkeşlərin kluba sevgisini nəzərə alsaq, bu illər tez keçdi, mükəmməl də alındı. Karyeramın 60 faizini bu kluba həsr etdim. Bu komanda mənim evimdir və bir ailədən daha böyükdür.

- Mövsümün sonu üçün planlarınız necədir?
- Hələ qərar verməmişəm, gözləyirik. Mövsümün sonunda müqaviləm bitir. Həmin vaxta kimi “Qarabağ”a kömək edəcəm. Daha sonra isə agentim və klubla danışacam.

- Ehtiyatda oturmaq çətin olmur?
- Heç bir futbolçu başqasının əvəzləyicisi olmağa razılaşmaz. Bunlar da futbolun bir hissəsidir və bunu qəbul etməliyik.

- Albaniya yığmasından dəvət gözləyirsiz?
- Artıq millidə işimi tamamlamışam, gənc futbolçulara yol açmalıyıq. İnanıram ki, onlar ümidləri doğruldacaqlar.

- Bəs "Tirana"ya dönmək mümkündür?
- Albaniyada həmişə demişəm ki, "Tirana" mənim doğma komandamdır. Ora qayıtmasam da, bu fikir dəyişməyəcək. "Tirana" ilə Albaniya çempionu olmuşam və kubok qazanmışam.