"Qarabağ"ın braziliyalı sabiq legioneri Pedro Enrike gələcək taleyi haqda danışıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı cinah yarımmüdafiıçisi ötən yaydan çıxış etdiyi "Astana"nı icarə müqaviləsi bitənədək - yayadək tərk etmək niyyətində olduğunu bildirib: "PAOK-a qayıtmaq istəyirəm. "Astana"yla Avropa Liqasında növbəti mərhələyə keçmədik və Qazaxıstan çempionatı martda startda götürəcəyindən orda daha qalmaq istəmirəm. PAOK-a qayıdaraq komandaya kömək etmək istəyirəm. Klubun vitse-prezidenti Qiorqios Savvidislə telefonla danışdm və qayıtmağımla bağlı razılaşdıq. Ümid edirəm ki, həftə ərzində bu işlər yoluna qoyulacaq. Gözləyirəm ki, bütün detallar tam həll olunsun".

Enrikenin "Astana"da həmyerlisi Riçard Almeyda kimi "Qarabağ"a qayıdacağı deyilsə də, göründüyü kimi, o, müqaviləylə məxsus olduğu Saloniki təmsilçisinə dönməyi üstün tutub.