"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov feysbuk profilində vaxtilə çalışdığı klubdan yazıb.

O, komanda rəhbərliyini sərt ittiham edərək, dünən "Mega Sığorta" ilə bağlanan sponsorluq müqaviləsini şou adlandırıb.

Strategiya qurmaq, nəticə qazanmaq, klubu düşünmək, təbliğ etmək gözəldi. "Neftçi" kimi tarixi klubda isə başqa yolu da yoxdu! İşini bilənlər nəticəyə köklənir, klub adına uğurlar qazanılır, tarix yazılır. "Neftçi" brenddi, gedəcəyi yol da birdi. Uğurun təməli getdiyin yolu bilməyindədi!

Başqa yollar da var imiş...

Böyük klublarda uğursuz dönəm 6 ay olar, bir il çəkər... 4-5 ildi komanda şəxsi maraqlar məngənəsindədi, dost-tanışların eksperiment, qazanc məkanına çevrilib.

Bir rəhbər heyət gedir, digəri gəlir, məşqçilər, futbolçular əlcək kimi dəyişdirilir. Bu illər ərzində tarixinin ən acınacaqlı anti-rekordları qeydə alınıb. Heç kimin ruhunda da deyil. Faktiki, mənəvi əziyyət çəkənlər isə fanat-azarkeşlər, futbolun özüdür...(matc.az)