"Keşlə"dən ayrılması gündəmdə olan Vaqif Cavadov karyerasını Türkiyədə davam etdirməyə yaxındır. 

Offsideplus.az xəbər verir ki, hazırda qardaş ölkənin aşağı dəstə təmsilçilərinin bir-neçəsiylə Cavadovun keçidiylə bağlı danışıqlar aparılır.

Antalyada olan menecer Xanbala Daşdının Sport7.az-a bildirdiyinə görə, "İstanbulspor" Cavadovun xidmətində maraqlı olub. Amma İstanbul təmsilçisi son anda Vaqifin komandanın oyun üslubuna uyğun gəlmədiyini deyərək danışıqları dayandırıb.

Digər klublarla danışıqlar isə davam edir.(sport7.az)