“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, qapıçı Rəşad Əzizli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Əzizli ötən mövsümdən çıxış etdiyi "Neftçi”nin heyətində 21 oyun keçirib.

“Neftçi” bundan əvvəl Rəşad Eyubovla da yollarını ayırmışdı.