Dünən start götürən Azərbaycan kubokunun 2018/19 mövsümünün ilk qolunun müəllifi Bəxtiyar Soltanov olub.

Offsideplus.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Sabah”ın yarımmüdafiəçisi “Ağsu” ilə səfər oyununda hesabı açıb.

Ağsuda keçirilən görüşün 6-cı dəqiqəsində vurulan bu top həm də klubun tarixinə düşüb. Bu, paytaxt təmsilçisinin tarixində Azərbaycan kubokunda vurulan ilk qol olub. “Ağsu”nu 3:0 hesabı ilə məğlub edən “Sabah” ölkə kubokunda özünün ilk qələbəsinə imza atıb.