"Qrupun favoriti Xorvatiyadır. Onların xüsusi təqdimata ehtiyacı yoxdur. Dünya çempionatının gümüş medalçısı qrupdakı komandalardan tamamilə fərqli səviyyədədir. Digər yığmalara qarşı isə hər şey özümüzdən aslı olacaq". 

Offsideplus.az xəbər verir ki, bu sözləri Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi federasiyanın rəsmi saytına açıqlamasında deyib. AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirən mütəxəssis qrupdakı komandaları dəyərləndirib. O, millimiz haqda danışıb:

"Uelsdə Rayan Giqqz oynamayacaq və bunun üçün çox şanslıyıq. Çünki o, artıq komandanın baş məşqçisidir. Zarafatı kənara qoysaq, düşünürəm ki, biz onlarla və Slovakiya ilə mübarizə aparacağıq. Amma Azərbaycanı da zəif rəqib hesab etməməliyik".

Qeyd edək ki, millimiz Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birlikdə E qrupunda mübarizə aparacaq.(qol.az)