“Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan milli komandasında növbəti oyununu keçirib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi UEFA Millətlər Liqasının sonuncu - 6-cı turunun iştirakçısı olub.  O, D Liqasının 3-cü qrupunda keçirilən Kosovo - Azərbaycan matçında (4:0) meydana çıxıb.

Start heyətində yer alan Xəlilzadə oyunu əvəzolunmadan keçirib. Müdafiəçi bu qarşılaşmada sarı vərəqə alıb

Bu görüş Təmkinin Azərbaycan millisində 10-cu oyunu olub. Onun hesabında 1 qol var.