21 yaşa qədər  futbolçulardan ibarət millimiz növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun komandası yığmamız Ukraynanın U-20 millisi ilə qarşılaşıb.

Ukraynalılar üç ay əvvəl U-19-un heyətində Avropa çempionatının bürünc mükafatını qazanıb. Qitə çempionatının yarımfinalçısı kimi dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Aleksandr Petrakovun komandası mundiala hazırlıq çərçivəsində ilk oyununu yığmamıza qarşı keçirib. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

15 noyabr

Yoldaşlıq oyunu

20:00. Azərbaycan U-21 – Ukrayna U-20 - 0:1

Qol: Musolitin, 80
“Dalğa Arena”