Millimizin sabiq baş məşqçisi Berti Foqts yığmamızın üzvü Rüfət Dadaşovla bağlı açıqlama verib.

"Bild"ə danışan 71 yaşlı mütəxəssis Almaniyanın 3-cü bundesliqası təmsilçisi "Proyssen"də çıxış edən 27 yaşlı hücumçu haqda müsbət fikirlər səsləndirib:

“Rüfət Dadaşovda 2-ci Bundesliqa üçün tələb olunan keyfiyyətlər var. O, topu yaxşı idarə edir və hədəfin harada olduğunu bilir. Siz onun hər zaman daha yaxşı oynamasına təşviq etməlisiniz. Onunla işləmək mənim üçün çox əyləncəli idi".

B.Foqts R.Dadaşovun 4 ildən sonra milliyə qayıtmağına sevindiyini söyləyib: "Bu, Rüfətə daha da gücləndirir. “Proyssen" bundan xeyir götürəcək”.

Qeyd edək ki, Berti Foqts R.Dadaşovu ilk dəfə 2003-cü ildə millimizə çağırıb. O, 2003-2014-cü illərdə 16 oyunda 4 qol vurub.