“Zirə” Azərbaycan milli komandasında 7 futbolçu ilə təmsil olunub.

 
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin üzvləri müxtəlif vaxtlarda ölkənin əsas yığmasında ümumilikdə 14 matç keçirib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"Qartallar"ın üzvləri arasında rekordçu Cavid Hüseynovdur. Kapitan millidə 5 dəfə “Zirə”ni təmsil edib. ⁣
 
Qeyd edək ki, klub tarixinə Azərbaycan yığmasındakı ilk nümayəndə kimi düşən Elvin Məmmədov 3 dəfə komandamızın üzvü kimi milli forma geyinib.⁣