"Çelsi"nin baş məşqçisi Frenk Lempard müqaviləsi başa çatacaq futbolçular haqda danışıb.
Offsideplus.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən gənc mütəxəssis oyunçularının qalması üçün lazımi işləri görüldüyünü bildirib:
“Hər kəs futbola geri qayıtmaq istəyir. Hər şey yolunda olsa, gələn həftənin ortalarında məşqə başlaya bilərik. Olivye Jirunun və Villianın müqaviləsi başa çatır. Mövsümün bərpası ilə bağlı hələ dəqiq heç nə bilmirik. Mövsümün qalan hissəsində heyəti bu cür görmək istəyirəm. Ümid edirəm ki, onların bizimlə qalması üçün lazımi işlər görülər”.