Azərbaycan Kubokunun finalında "Zirə" "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunu şərh edib.

"Futbolçularımı oyuna görə təbrik etmək istəyirəm. I hissə başa-baş getdi. Təhlükəli hücum qolla nəticələndi, ikinci hissədən irəli oynamağa, pressinqə başladıq. Açıq futbol getdi. Düşünürəm ki, azarkeşlər ikinci hissədən zövq aldılar. Bu oyun bizim böyüməyimizə imkan yaradacaq. Avropa Liqasında bizim bu səviyyəyə yaxın komandalara qarşı oyunumuz olacaq. Finalda "Qarabağ"a qarşı oynamaq çətindir. Futbolçularımız layiqli mübarizə apardılar. Son dəqiqələrdə qol vurub, oyunun uzatmalara aparmağa çalışdıq. Futbolçularımın finalda etdiklərini xüsusilə qeyd etmək istəyirəm".