28-30 apreldə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisinə görə Bakıda daha iki yol bağlanacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) məlumat yayıb.
Bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.