UEFA Avropa Liqasının 1/16 final mərhələsində "Reyncers"ə rəqib olan "Fənərbağça" cütün favoriti kimi göstərilir.

Offsideplus.az xəbər verir ki, "Football Meets Data"nın araşdırmalarına görə,  "sarı-lacivərtlilər"in mərhələni adlamaq şansı 60% hesab edilir.

Sözügedən media platforması İstanbul nəhənginin yarımfinala yüksəlmə ehtimalının 23%, finala vəsiqə qazanma şansını isə 5% qiymətləndirir.