"Qarabağ" sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Dinamo" ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu rəqibinə qarşı geridönüş etməyi bacarsa, həmin turnirin liqa mərhələsinə yüksələcək. Əks halda isə Avropa Liqasında liqa raundunda mübarizə aparacaq. 

Bu liqada mübarizə aparacaq hər bir kluba UEFA 4,31 milyon avro ödəniş edəcək. 

Hər qələbəyə görə verilən məbləğ 450 000 avrodur. Komandalar heç-heçəyə görə 150 000 avro qazanacaq.