Sabah Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Düdelanj"ın baş məşqçisi Bertran Krasson oyun öncəsi təşkil olunan mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, rəqibin baş məşqçisi sabahkı oyunla bağlı danışarkən Lüksemburqda baş verənləri yada salıb:

"Tətilə çıxmazdan öncə yaxşı nəticə qazanmaq istəyirik. Bizim üçün matçın əhəmiyyəti azdır. Daha çox "Qarabağ" üçün əhəmiyyətlidir. Evdəki maçt müəyyən səbəblərə görə dayandı və qırmızı vərəqə gördük. Sabah məqsədimiz bu səhvləri təkrarlamamaqdır. Lüksemburqdakı matçı unutdurmaq istəyirik".

 Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Düdelanj" matçı sabah saat 21:55-da başlayacaq.