Türkiyə komandaları Avropada son 7 ilin ən pis nəticəsinə imza atıblar.
Offsideplus.az-ın “NTV spor”a istinadən yaydığı xəbərə görə, avrokuboklara 5 komandayla qatılan qardaş ölkədən “Başakşehir” Avropa Liqasının 3-cü təsnifat mərhələsində, “Beşiktaş” və “Akhisarspor” qrup mərhələsində, “Fənərbaxça” və “Qalatarasaray” isə 1/16 final mərhələsində çıxışını dayandırıb.
Təsnifat mərhələlərində 4 qalibiyyət, 3 heç-heçə və 3 məğlubiyyət alan Türkiyə komandaları qrup mərhələsində isə 6 qələbə, 5 bərabərlik və 15 matçda məğlubiyyətlə üzləşiblər. Ümumilikdə, 27.5 xal qazanan Türkiyə komandaları son 7 ildəki ən uğursuz nəticə ilə üzləşiblər.
Qeyd edək ki, Türkiyə UEFA-nın ölkə siyahısında 10-cu yerdə qərarlaşıb.