Türkiyə millisinin üzvü Arda Gülər komandasının AÇ-2024-də çıxışından danışıb.
Offsideplus.az xəbər verir ki, turniri 1 qol, 2 assistlə başa vuran Arda bu sözləri deyib:
"Hər kəsin izləyəndə qürur duyacağı bir komanda, xalqımızın üzündə bir təbəssüm, gələcəyə dair bir ümid olmaq istəyərək çıxdığımız bu yolda daha da irəli getmək istərdik. Çox üzgünük... İlk gündən etibarən möhtəşəm bir dəstək verən xalqımıza sonsuz minnətdaram. Bu formanı geyinmək ən böyük qürurdur".
Qeyd edək ki, Türkiyə Niderlanda 1:2 hesabla uduzaraq Avropa çempionatında mübarizəni dayandırıb.