Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov vəfat edib.

Offsideplus.az xəbər verir ki, Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili TASS-a açıqlamasında onun koronavirusdan 68 yaşında dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, Maqomed Əliömərov AGF-də vitse-prezident vəzifəsinə 2007-ci ildə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi olub. 2019-cu ilin fevralından Rusiyanın eyni növ üzrə yığmasına rəhbərlik edirdi.