"Nyukasl”ın gənc yarımmüdafiəçisi Mettyu Lonqstaff İngiltərənin gündəminə düşüb.
Offsideplus.az xəbər verir ki, Metyu ötən ilin oktyabrında debüt matçını "Mançester Yunayted”ə qarşı oynayır və komandasının qələbə qolunu vurur - 1:0.
Həmin vaxt Mettyunun "Nyukasl”da həftəyə cəmisi 850 funt məvacib aldığı üzə çıxdı. Bu klubda ən aşağı göstəricidir.
20 yaşlı futbolçu məvacibinin 30 faizini koronavirusla mübarizə aparan həkimlərə dəstək fonduna köçürməsi ilə diqqət çəkib.
Mettyu "Nyukasl”ın 22 yaşlı futbolçusu Şon Lonqstaffın qardaşıdır. Əsas heyətdə möhkəmlənən böyük qardaşın satış qiyməti 50 milyon funtdur.
Qeyd edək ki, Mettyu cari mövsümdə 7 oyunda meydana çıxıb və 2 qol vurub. Onun "Nyukasl”la müqaviləsi bu ilin yayında başa çatır. Qardaşının müqaviləsi isə 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Koronavirus pandemiyası yayılana qədər klubun qardaşlarla yeni müqavilə bağlamağa hazırlaşdığı bildirilirdi.