Koronavirusun ən çox zərər vurduğu, yoluxma və ölüm hallarının çox olduğu ölkələrdən biri də İtaliyadır.
Offsideplus.az xəbər verir ki, A seriyasının davam etdirilməsi ilə bağlı müzakirələr də başlayıb. Klubların mayın əvvəlindən məşqlərə başlayacağı planlaşdırılır.
A seriyası bərpa olunsa belə, azarkeşlər stadionlara gedə bilməyəcəklər. İtaliya mətbuatı dövlət qurumları təhlükəsizliyin tam bərpa olunması üçün fanatların 2021-ci ilə qədər stadionlara buraxılmasına qadağa tətbiq edəcəyini iddia edir.
Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb.