Dünyanın ali futbol qurumu FIFA koronavirus pandemiyasının yayılması ilə bağlı vəziyyətin inkişafını izləməkdən ötrü İşçi Qrup təsis edəcək.
Offsideplus.az xəbər verir ki, sözügedən İşçi Qrup "COVİD-19" epidemiyasının nəticələrinin aradan qaldırılması istiqamətində ümumi yanaşma hazırlamağa çalışacaq.
Bu qərarı Canni İnfantinonun rəhbərlik etdiyi FIFA Şurasının bürosu qəbul edib.