UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərində ilk həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu nominasiyada “Atalanta”nın hücumçusu Yosip İliçiç fərqlənib.
Sloveniyalı futbolçu UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb.
Qeyd edək ki, o, “Valensiya” üzərində 4:3 hesablı qələbə qazanılan görüşdə poker etmişdi.