Maykl Kerrik özünün bioqrafik kitabında 2007-2008 mövsümündə "Mançester Yunayted" - "Barselona" oyunları, həmçinin "Barselona"ya qarşı daha sonrakı oyunlar haqqında danışarkən Lionel Messi barədə də fikirlərini bölüşüb.
"İlk dəfə onu görəndə, balaca və uzun saçları ilə zərif görünən bu uşaq, elə bil, məhləyə çıxıb öz dostları ilə oynayırmış kimi təsir bağışladı. O, o dərəcədə adi görsənirdi ki, heç deməzdin ki, futbol oynamaq üçün yetərincə böyükdür! Amma o, oynamağı bacarırdı! Bu uşaq əsl başağrısı idi. Top ayağında olanda, elə bil, yaşayırdı. İncə toxunuşları, balaca və sürətli ayaqları ilə ona qarşı olan sürüşmə fəndlərindən sıyrılaraq qaçışları. Biz "Barselona"nı məğlub edib Moskvaya gedəndə, o, sağ cinahda oynayırdı və indi baxanda başa düşürəm, o nə dərəcədə böyük problem imiş. Hə, o, Lionel Messi idi.
Top onun ayağında olanda o dərəcədə kəskin idi, həyatımda bu cür birisini görməmişdim. Gözlənilmədən istiqamətini dəyişirdi. Bir neçə dəfə artıq Messinin qarşısını aldığımı düşündüyüm vaxt, hop, bir də görürdüm ki, yoxa çıxırdı. İnsanlar deyir: "Çalışın top onun sağ tərəfində olsun, onda olan ancaq sol ayaqdır". Hə, elə bu dəqiqə. Onun dar zonalarda topla manipulasiya etmək bacarığı inanılmaz idi və siz onunla bacara bilmirdiniz. Moskva yolunda biz "Barselona"ya qarşı oyunlarda qol buraxmadıq. Biz qalib gəldik, amma Messi daha sonra bizi izləyəcəkdi.
İlk hissədə olan bir anı hələ də xatırlayıram. Messi mən, Vidiç və Vazzanı keçərək topu bizdən apardı və biz ona heç yaxınlaşa bilmirdik. Mənim kimi hündür birisi üçün qravitasiya mərkəzi bu dərəcədə aşağı olan birisini tutmaq çox çətin idi. Bəzi oyunçuların sürəti, bəzilərinin futbol dərrakəsi, bəzilərinin incə toxunuşları olur, amma Messini unikal edən odur ki, o, bütün bunlara sahibdir. O, həm də cəsurdur. Bilsə də ki, onu yıxacaqlar, ayaqlarından vuracaqlar, yenə də gəlib özünü təklif edib top istəyəcək. Ronaldo da o cür edirdi. Bu, dahi oyunçulara xas olan xüsusiyyətdir. Nə olur olsun, bu cür oyunçular daha çox istəyəcəklər, nə qədər onları vurub yıxsalar belə. Messi sizin heç kimi futbol oynamağı öyrədə bilməyəcəyiniz dərəcədə oynayır. Bəli, o, özü bacarıqlarını inkişaf etdirdi, amma siz hansısa oyunçunu nə qədər məşq elətdirsəniz də, o, Messi olmayacaq. O, sadəcə dahidir. Eyni zamanda da çox inadkar. Mən onu yarımmüdafiədə oynayan Giqqzə bənzədərdim. O, topu iki-üç dəfə itirə bilərdi, amma o dərəcədə inadkar idi ki, sonda istədiyi baş tutacaqdı. Eyni də Messi. O, dayanmadan driblinq edərdi, komanda yoldaşı ilə divar ötürməsi edərdi və topu itirə bilərdi, amma yenə də qayıdıb eyni şeyi edib keçəcəkdi. Bu, dayanmada təkrar olunacaqdı. Bir çox oyunçular ilk dəfə alınmayanda, daha asan yolu seçər, amma Messi yox. Xavi, Iniesta və Buskets möhtəşəm idilər, amma məhz Messi onlara tamam başqa bir səviyyə gətirərdi. Mən yenə də Messiyə tərəf qaçardım, çünki top Messini tapardı və o, yenə də hər şeyi təkrar edərdi və dahiliyini hər dəfə göstərərdi. O, bir göz qırpımında iki oyunçunu keçə bilərdi. Siz buna qarşı necə oynaya bilərsiniz axı?! Heç cürə, mümkün deyil. Siz ona qarşı individual oynamağa cəhd edə bilərsiniz, amma bu, onu heç narahat etmir. Siz onu vurub yıxa da bilmirsiniz, çünki o, qalxacaq onsuz da. Biz bütün zamanların ən yaxşısı haqda danışırıq.
Çox vaxt Messi və Ronaldo haqqında debatları görürəm, amma onlar arasında seçim etmək çox çətindir, çünki onlar çox fərqlidilər. Men Ronni ilə oynamışam, onun çox inanılmaz şeyləri bacardığını yaxşı bilirəm. Messi haqqında əvvəlcədən biləcəyiniz yeganə şey odur ki, onu əvvəlcədən bilmək mümkün deyil. Ona qarşı oynayanda elə olurdu ki, öz-özümə "yox, bu dəfə mənliksən, heç yerə gedə bilməyəcəksən" deyirdim, amma o, sadəcə, məni qıcıqlandırırdı və məzələnirdi, yoxa çıxırdı, mən isə havada qalırdım. Bir neçə metrdə onun necə sürətli olduğunu görürdüm, onun sizi tamamilə öldürdüyü an, gözlənilmədən istiqaməti dəyişdiyi andır. Onun ayaqları o dərəcədə balaca və sürətlidir ki, mən havada olanda o, sanki, heç ota toxunmur. Onun qarşısını və istiqamətini almaq üçün ayağımı qarşısına qoyanda, Messi iki addım atıb sıyrılırdı. O vaxt bu, Messinin topla edə biləcəyi yeganə şeylər deyildi, amma onun müdrikliyini göstərən və fərqləndirən cəhətlərindən idi. O, həmişə məqsədli şəkildə ötürmələr edərdi, bununla da bizə sual vermiş olurdu. Bəzi oyunçular texniki cəhətdən istedadlıdılar, topu onlara verin və onlar driblinqlə hamını keçə bilər, siz də bunlardan video düzəldə bilərsiniz. Messi o bildiyimiz driblinqləri etmir. O, məqsədyönlüdür, yalnız lazım olanda sürətini və driblinqini işə salır. Messiyə baxırdım və onda möhtəşəm driblinq edən, mükəmməl ötürmələr verən, əsl qolçu olandan daha artıq birini görürdüm. Messi çox şey edirdi, amma onu effektiv və partladıcı edən o idi ki, o, bütün bunları "slow motion"da görürdü. Hətta topla əyilərək hərəkət edəndə, o, bütün bu şəkili görürdü. Dahi. O, ətrafında nə baş verdiyini çox yaxşı bilirdi və məhz buna görə o, nə zaman ötürmə verməyin düzgün vaxt olduğunu, driblinq zamanını və düzgün istiqamət götürməyi bilirdi. O sürətdə digərləri qarşıqlıq və ya ləkə kimi şəkil görə bilərdi, amma Messi üçün o şəkil çox təmiz və aydın idi. Ona qarşı oynamaq çox qəribə hiss idi, çünki normalda mən kimə qarşı oynayıramsa, adətən, onları xoşlamıram, amma Messini yox. Mən ona hörmət etməli oldum və edirəm də".
Tərcümə: FCB AZE