Koronavirus pandemiyası idman yarışlarını təxirə salmaqda davam edir.
Offsideplus.az xəbər verir ki, UEFA Çempionlar Liqası və Avropa Liqası matçları bu axşam baş tutan oyunlardan sonra təxirə salınmasına qərar verib. Rəsmi qərarın gün ərzində açıqlanacağı bildirilir.
Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin 8 oyunundan 6-sı keçiriləcək. Onlardan 4-ü boş tribunalar önündə baş tutacaq. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) və "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) görüşləri koronavirusa görə təxirə salınıb.
Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 cavab oyunu isə gələn həftə keçirilməli idi.