Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Ramil Şeydayev doğma rayonu Kürdəmirdən qayıdarkən Şamaxıda uşaqlarla futbol oynayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "Facebook" səhifəsində yazan Şeydayev azyaşlı uşaqların onu Rəşad Sadıqovla səhv saldıqlarını deyib: "Kürdəmirdən qayıdanda Şamaxıda uşaqlarla futbol oynadıq. Axırda soruşuram ki, tanıdınızmı mən kiməm. Dedilər "hə, Rəşad Sadıqov".
Qeyd edək ki, Ramil Şeydayev dünən Kürdəmirdə yerli sakinlərlə görüşüb, futbolun vəziyyəti ilə maraqlanıb və gənclərə öz tövsiyələrini verib.
Ramil Şeydayevlə bağlı digər xəbərlər:
Ramil Şeydayevdən möhtəşəm hərəkət - VİDEO
"İşdən çıxa bilmirəm" dedi, Ramil Şeydayev iş yerinə getdi - FOTO
Ramil Şeydayev Rəşad Sadıqova səsləndi: “Karyeranı bitir və...” – VİDEO