“Mançester Siti”nin vingeri Leroy Sane karyerasını vətənində davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu uzun müddətdir davam edən danışıqların yekununda "Bavariya" ilə 5 illik müqaviləni razılaşdırıb.

Münhen klubu transferin reallaşması üçün “Mançester Siti” rəhbərliyi ilə danışıqları intensivləşdirib. Almanlar Saneni üçün 60 milyon avroya təklif edirlər.

Qeyd edək ki, 2016-cı ildə “Şalke”dən “Mançester Siti”yə keçən Leroy Sanenin klubla müqavilə müddəti gələn ilin yayına qədərdir.