OFFSİDE millimizin məşqçiləri haqqında silsilə yazılarını davam etdirir. Bu dəfə millinin sükanı arxasında olmuş yerli və əcnəbi mütəxəsislər, onların qazandığı nəticələr, beynəlxalq turnirlərin təsnifat mərhələlərindəki statistik göstəriciləri haqqında məlumat veriləcək.

Avropanın qapısını döyməyə əlimiz çatmır...

Avropa çempionatlarının seçmə mərhələlərində milli 68 oyun keçirib. Bu oyunlarda 6 qələbə, 17 heç-heçə, 45 məğlubiyyət qeydə alınıb. Vurulan 41 qola rəqiblər 163 qolla cavab verib (top fərqi: - 122).

28

Seçmə qrup oyunlarında ən yaxşı nəticələrə görə də Berti Foqts və R.Prosineçkini fərqləndirmək olar. Almaniyalı mütəxəsis toplanılan xallar, vurulan qollara görə analoji postu tutan həmkarlarından bir baş üstündür. Millinin qələbəsiz başa vurduğu təsnifat mərhələlərinin sayı ikidir. Bunlar AVRO-1996 (A.Mircavadov/Tuayev) və AVRO-2020 (N.Yurçeviç) seçmə tsiklləridir.

24 Məşqçİlərİn AÇ təsnİfat mərhələlərİndə QOL STATİSTİKASI ƏCNƏBİ

Yerli mütəxəsislər AVRO-2000 (V.Sadıqov/Ə.Ələsgərov) və  AVRO-2004 (V.Sadıqov/Ə.Abdullayev) təsnifat turnirlərində milliyə 4 xal qazandırıb. Bu baxımdan Ş.Diniyev seçilir. AVRO-2008-in seçmə mərhələsində sona 2 tur qalmış istefa versə də, yığma aktivindəki 5 xalı onun sayəsində toplamışdı.

21 Məşqçİlərİn AÇ təsnİfat mərhələlərİndə QOL STATİSTİKASI YERLİ

“Bir formamız vardı, bütün oyunlara onunla çıxırdıq”

Ağasəlim Mircavadov milliyə rəhbərlik etdiyi dövrdə alınan zəif nəticələri lazımi şəraitin olmaması ilə əlaqələndirir:

26

"Respublika yenicə müstəqillik əldə etmişdi. Həmin vaxtlar məşq toplanışlarımız, demək olar ki, olmurdu. Maliyyə yox dərəcəsində idi. Oyuna bir neçə gün qalmış "Neftçi"nin köhnə bazası, ya da "İnturist"də toplaşırdıq. Çətin vaxtlardan keçirdik. Elə olurdu ki, futbolçular millinin düşərgəsinə gəlməyə imkan tapmırdılar. Bir formamız vardı, bütün oyunlara onunla çıxırdıq. Xatırlayıram ki, Fransa ilə səfərdəki oyunda rəqb futbolçularla forma dəyişə bilmədik. Onlar da vəziyyəti başa düşdülər və bir komplekt təzə forma bizə hədiyyə etdilər. İndi şərait, infrastruktur yaxşıdır. Amma hələ də istənilən nəticə yoxdur”.

 ga copy

AVRO-1996 seçmə mərhələsində millinin vurduğu hər iki qolun müəllifi olan Nazim Süleymanov da təxminən eyni fikirdədir.

“Ev oyunlarını Trabzonda keçirmək bizim üçün müəyyən çətinlik törədirdi. Buna baxmayaraq çalışırdıq ki, nəticə əldə edək  və milliyə köməyimiz dəysin. O vaxt indiki kimi şərait yox idi. Şəxsi vəsaitimlə millinin oyunlarına gəlirdim. Bunu bəraət üçün demirəm. Amma Bakıda oynasaydıq, daha yaxşı çıxış edib reytinqimizi qaldırardıq. 1996-cı ildə İsveçrə ilə Bakıda oynadığımız ilk matçda "12-ci oyunçu" amili özünü tam mənası ilə göstərdi. AVRO-1996-nın təsnifat mərhələsində zəif nəticəni psixoloji nüans və ev oyunlarını Bakdan kənarda keçirməklə əlaqələndirirəm. Heyətimizdə səviyyəli futbolçular çox idi” – N.Süleymanov vurğulayır.

2006-2007-ci illərdə millinin baş məşqçisi olan Şahin Diniyev yığma karyerası ərzində onu təqib edən problemləri iki qismə bölür: 

25

"Nəsil dəyişkənliyi, məşqçinin olmaması, maliyyə çatışmazlığı, təlim məşq toplanışlarının və stadionların məhdudluğundan irəli gələn problemlər hər zaman olur.  Lakin mən millidə baş məşqçi olduğum dönəmdə 2 böyük çətinliklə üzləşmişdik. Əvvəla, "Altılıq sistemi" ilə keçirilən çempionatda legioner limiti vardı. Eyni vaxtda 8 xarici pasportu olan futbolçu meydana buraxıla bilərdi. 3 yerli futbolçudan biri isə, adətən qapıçı olurdu. Milliyə namizəd seçmək çətin idi. Yığmaya dəvət olunan 18 futbolçudan 14-ü klub komandasında əsas heyətdə meydana çıxa bilmirdi. İkincisi, infrastrukturun, məşq meydançalarının istənilən səviyyədə olmaması. Biz Xırdalanda Dövlət Avtomobil Müfəttişliyinin standartlara cavab verməyən stadionunda məşq edirdik. Bu iki problem milli üçün böyük çətinliklər yaradırdı”.

 ga

Statistika göstərir ki, dünya və Avropa çempionatlarının təsnifat mərhələlərində millimiz ən yaxşı hesab olunacaq göstəriciləri son onillikdə, əcnəbi məşqçilərin rəhbərliyi altında qazanıb. Ümumiyyətlə AFFA 2008-ci ildən bəri daha çox əcnəbi mütəxəsislərə etimad göstərib. Son 12 ildə 3 xarici, 1 yerli mütəxəsis millidə çalışıb. Berti Foqts və Robert Prosineçki yığma komandanı təsnifat mərhələlərində yerli həmkarlarından nisbətən uğurlu yerə daşısa da, ekspertlərimiz bunun səbəbini son dövrlər dövlətin futbola qayğısı ilə əlaqələndirir. Onlara daha çox zaman verilməsi dƏ səbəblər arasında hallandırılır.