Məlum olduğu kimi dünən Fransanın paytaxtı Paris şəhərində "Qızıl top" mükafatının növbəti qalibi müəyyənləşdi.

Ali mükafat üçün 3 ad - Messi, Ronaldo və Van Dayk mübarizə aparırdı. Mükafat isə 6-cı dəfə Lionel Messiyə təqdim edildi.Günün maraqlı məqamlarından biri isə Kristiano Ronaldonun gecəyə qatılmaması oldu. Portuqaliyalı ulduz həmin gün "Galà del Calcio-2019 Gran" mükafatlarının verilməsi mərasiminə qatılmışdı. Burada da ən ali mükafat Ronaldoya təqdim edildi. Ulduz futbolçu İtaliya çempionatının başa çatmış mövsümünün "ən yaxşı oyunçu"su seçildi. 

"Qızıl top" mükafatının təqdimetmə mərasimindən əvvəl "Liverpul"un müdafiəçisi Vircil Van Dayk maraqlı açıqlaması ilə diqqətləri çəkdi. Belə ki, müxbirin "Ronaldo bu gün mərasimə qatılmayacaq. Bu da o deməkdir ki, rəqiblərinizdən biri azaldı" sualına ulduz müdafiəçi "O rəqib idi ki?" cavabını verərək futbol gündəmini silkələdi. Bunun ardından Ronaldonun keçmiş komanda yoldaşı Serxio Ramos onu müdafiə etdi və Van Dayk barədə atmacalı açıqlamalar verdi. Bununla belə Ronaldonun ailə üzvləri də məsələyə biganə qalmadılar.

Xülasə, 34 yaşlı Ronaldonun indiyə qədər qazanmış uğurları sizə ardıcıllıqla təqdim edirik:

Dünya rekordları
-Klublararası Dünya çempionatının ən sərrast oyunçusu -7 qol
-Klublararası Dünya çempionatinin finalında ən çox fərqlənən futbolçu - 4 qol
-Klublararası Dünya çempionatını Kroosla birgə ən çox qazanan futbolçu - 4 dəfə
-Klublararası Dünya çempionatında ən çox "Qızıl buts" qazanan futbolçu - 2 dəfə
-Klublararası Dünya çempionatı tarixində het-trik edən ilk futbolçu
-Messi ilə bərabər "Ballon D'or" mükafatını ən çox qazanan futbolçu - 5 dəfə
-Messi ilə bərabər "FİFApro World XI"də ən çox seçilən futbolçu - 11 dəfə

-"Ballon D'or" mükafatı tarixində ən çox səs toplayan futbolçu - 946 səs

-Beynəlxalq səviyyədə ən çox qol vuran futbolçu- 32 qol

-Peşəkar karyerasında 2 mövsüm ard-arda 40+ qol səddini keçən ilk futbolçu
-Futbol tarixində 90 dəqiqənin hər bir dəqiqəsində qol vuran ilk futbolçu
-Futbol tarixində 4-5-6 mövsüm ard-arda 50 qol səddinə çatan ilk futbolçu

14 united

Portuqaliya tarixində:
-Dünya çempionatının seçmə mərhələsində ən çox fərqlənən futbolçu- 30 qol
-Portuqaliya millisi tarixində ən çox fərqlənən futbolçu - 79 qol
-Portuqaliya millisiylə Avropa Çempionatında ən çox fərqlənən futbolçu - 9 qol
-Portuqaliya millisinin heyətində 3 fərqli Dünya Çempionatında fərqlənən yeganə futbolçu

ronaa

"Real" rekordları:

-Madrid derbilərində ən çox fərqlənən futbolçu- 21 qol
-Çempionlar Liqası turnirində ən sürətli het-trik - 11 dəqiqə
-Klub tarixinin ən sərrast futbolçusu- 426 qol
-Çempionlar Liqasında ən çox fərqlənən futbolçu- 127 qol
-La Liqa tarixində ən çox fərqlənən futbolçu- 293 qol
-"Real" Madrid formasıyla bir mövsümdə bütün turnirlərdə ən çox fərqlənən futbolçu- 61 qol
-"Real" Madrid formasıyla bir mövsümdə La Liqada ən çox fərqlənən futbolçu- 48 qol
-"Real" Madrid formasıyla bir mövsüm ərzində ən çox hat-trick edən futbolçu- 8 hat-trick
-"Real" Madridin heyətində liqada 50 qol həddinə ən tez çatan futbolçu
-"Real" Madridin heyətində liqada 100 qol həddinə ən tez çatan futbolçu
-"Real" Madridin heyətində 200 qol həddinə ən tez çatan futbolçu (rəsmi)
-"Real" Madridin heyətində 250 qol həddinə ən tez çatan futbolçu (rəsmi)
-Real Madridin heyətində liqada 30 qol həddinə ardıcıl 5 dəfə çatan ilk futbolçu
-"Real" Madridin heyətində liqada 5 ardıcıl matçda ən çox fərqlənən futbolçu- 14 qol
-"Real" Madridin heyətində liqada 7 ardıcıl matçda ən çox fərqlənən futbolçu- 15 qol
-"Real" Madridin heyətində həftənin hər günü fərqlənməyi bacaran ilk futbolçu
-"Real" Madridin heyətində UEFA Super Kuboku finalında ən çox fərqlənən futbolçu- 2 qol
-"Real" Madridin heyətində La liqada ən çox hat-trick edən futbolçu- 32 hat-trick
-"Real" Madridin heyətində Qizil Buts mükafatını 4 dəfə qazanan ilk futbolçu
-"Real" Madridin heyətində liqa matçlarında ard-arda ən çox fərqlənən futbolçu- 11 dəfə
-"Real"Madridin heyətində ardıcıl olaraq 6 mövsüm 50 qol həddini keçən ilk futbolçu

ronaldo pic 001

Avropada rekordları
-Çempionlar Liqasının bir movsümündə keçirilən bütün qrup oyunlarında qol vuran yeganə futbolçu
-Çempionlar Liqasının bir təqvim ilində ən çox 15+ qol vuran yeganə futbolçu (3 dəfə 2013,2015,2017)
-UEFA-nın ən yaxşi oyunçusu mükafatını ən çox qazanan futbolçu- 3 dəfə
-Çempionlar Liqasında ən çox bombardir olmuş futbolçu- 6 dəfə
-Ardıcıl 5 mövsümdə Çempionlar Liqası bombardiri olmuş yeganə futbolçu (2012/13- 2016/17)
-Top 5 liqalarda ən çox qol vuran futbolçu- 377 qol
-6 dəfə Çempionlar Liqasında 10+ qol vuran yeganə futbolçu
-Çempionlar Liqasında bir kluba qarşı ən çox qol vuran iki futbolçudan biri Bayern Münchenə 9 qol
-Çempionlar Liqasının final mərhələlərində 40+ və 50+ qol vuran ilk futbolçu
-Çempionlar Liqasında 100 qola çatmiş ilk futbolçu
-Avrokuboklarda 100 qol vurmuş ilk futbolçu
-Çempionlar Liqasının 1/4 mərhələsində ən çox qol vuran futbolçu- 20 qol
-6 ardıcıl mövsümdə Avropanın əsas çempionatlarında 30+ qol vuran tarixdəki yeganə futbolçu
-Çempionlar Liqasında ən çox hat-trick edən iki futbolçudan biri Messi ilə birgə 7 dəfə
-1 Çempionlar Liqası mövsümündə ən çox hat-trick edən futbolçu 3 hat-trick 2015/16 mövsümü
-Çempionlar Liqasında cərimə zərbəsindən ən çox qol vuran futbolçu- 12 qol
-Avropanın Top 5 liqalarında tək bir klub üçün 350 qola ən tez çatan futbolçu (335 oyun)
-UEFA ilin komandasına ən çox düşən futbolçu- 11 dəfə
-Ardıcıl ən çox UEFA ilin komandasına düşən futbolçu (2007-2016)
-Çempionlar Liqasının 1 mövsümündə qruplarda ən çox qol vuran futbolçu- 11 qol
-Çempionlar Liqasının bir təqvim ilində ən çox qol vuran futbolçu(19 qol- 2017)
-6 Çempionlar Liqası mövsümündə ən az 10 qol vuran ilk futbolçu (bunu ardıcıl etdi)
-Çempionlar Liqası qrup mərhələlərində ən çox hat-trick edən 3 futbolçudan biri; 2 dəfə (Luiz Adriano və Messi ilə birgə)
-Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçu- 124 qol
-Çempionlar Liqasında ən çox penaltidən qol vuran futbolçu- 13 qol
-Ən çox qızıl buts mükafatı alan 2 futbolçudan biri (Messi ilə birgə 4 dəfə)
-Avrokuboklarda bir mövsümdə ən çox qol vuran futbolçu- 17 qol (2013/14)
-Ən çox ardıcıl Çempionlar Liqası matçında qol vuran futbolçu- 8 oyun
-2 ayrı liqada qızıl butsu qazanan ilk və yeganə futbolçu( Mançestr United və Real Madrid)
-Avrokuboklar tarixində 2 fərqli çempion klubun heyətində qol vuran ilk futbolçu
-Çempionlar Liqasının final mərhələlərində ən çox qol vuran futbolçu- 54 qol
-Çempionlar Liqasında başla ən çox qol vuran futbolçu- 19 qol
-Çempionlar Liqasında ardıcıl ən çox oyun qazanan futbolçu- 14 qələbə
-Avropa çempionatında ən çox qol vuran futbolçu (Portuqaliya ilə 29 qol)
-Çempionlar Liqasında ən çox ardıcıl səfər matçında qol vuran futbolçu- 12 matç
-UEFA-nın ən yaxşı oyunçusu yarışında finalistlər arasında ən çox olan futbolçu (6 dəfə- 2010-2016)
-Avrokuboklarda ən çox qol vuran futbolçu- 117 qol
-Avropanin Top 5 liqalarında 200 qola ən tez çatan ilk futbolçu( La Liqada)
-Həmçinin Avropanın Top 5 liqalarında 250 qola ən tez çatan ilk futbolçu( La Liqada)
-Çempionlar Liqasının yarim finallarında ən çox qol vuran futbolçu- 13 qo

cristiano ronaldo real madrid champons league 13wnw3yuz1nd51f9hso5zns1gf

Daşqın ƏZİZ