Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.

Offsideplus.az xəbər verir ki, qadınlardan ibarət millimiz Nikaraquanı 4:0 hesabla məğlub edib. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektivdə Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibləri üzərində qələbə qazanıb.

Kişilərdən ibarət yığmamız İordaniya ilə görüşüb. Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarovun görüşü heç-heçə ilə yekunlaşıb, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı isə qalibiyyəti rəsmiləşdirib.