Bu gün qadın şahmatçılar arasında Avropa çempionatı 9-cu turu keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Rodos adasında keçirilən yarışın lideri Ülviyyə Fətəliyeva rumın İrina Bulmaqa ilə üz-üzə gələcək.
Qələbə qazanacağı təqdirdə Ülviyyə sona 1 tur qalmış Avropa çempionu titulunu qazana bilər.
Qeyd edək ki, turnidə 150 şahmatçı qələbə uğrunda yarışır.
Avropa çempionatı, Qadınlar
IX tur, 28 aprel
Ülviyyə Fətəliyeva – İrina Bulmaqa (Rumıniya)
Günay Məmmədzadə – Yuliya Osmak (Ukrayna)
Lela Cavaxişvili (Gürcüstan) – Xanım Balacayeva
Gövhər Beydullayeva – Anna Kubiçka (Polşa)
Mitra Hecazipur (Fransa) – Səbina İbrahimova
Yelizaveta Qrebenşikova (Ukrayba) – Gülnar Məmmədova
Nərmin Abdinova – Nataliya (Jukova)
Ləman Hacıyeva – Marta Dakiç (Serbiya)
Yulianna Terbe (Macarıstan) – Səbinə Rzalı
Ayan Allahverdiyeva – Mariya-Anna Stefanidi (Yunanıstan)
Turnir cədvəli: 1. Ülviyyə Fətəliyeva - 7,5, 6. Xanım Balacayeva – 6,5, 7. Günay Məmmədzadə - 6,5, 16. Gövhər Beydullayeva – 5,5, 25. Səbina İbrahimova – 5,5, 41. Gülnar Məmmədova – 5, 67. Səbinə Rzalı – 4,5, 70. Nərmin Abdinova – 4,5, 93. Ayan Allahverdiyeva – 4, 134. Ləman Hacıyeva – 3.