Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar Turnirinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, yarışın son günündə XIV turun oyunları baş tutub.
Azərbaycan şahmatçısı Nicat Abasov Rameşbabu Praqnanandja ilə görüşüb. Ağ fiqurlarla oynayan 29 yaşlı təmsilçimiz matçdan məğlub ayrılıb.
Bununla da Nicat 3,5 xalla başa vurub. O, sonuncu yeri tutub.
Turnirin qalibi adına isə Dommaradju Qukeş sahib çıxıb. O, dünya çempionu adı uğrunda matça vəsiqə qazanıb.
İddiaçılar Turniri
XIV tur, 21 aprel
Fabiano Karuana - Yan Nepomnyaşi - 0,5:0,5
Hikaru Nakamura - Dommaradju Qukeş - 0,5:0,5
Alireza Firuzca - Vidit Santoş Qujrati – - 0,5:0,5
Nicat Abasov - Rameşbabu Praqnanandja – 0:1
Xal durumu: 1. Dommaradju Qukeş (Hindistan) - 9, 2. Hikaru Nakamura (ABŞ) – 8,5, 3. Yan Nepomnyaşi (FİDE) – 8,5, 4. Fabiano Karuana (ABŞ) – 8,5, 5. Rameşbabu Praqnanandja (Hindistan) – 7, 6. Vidit Santoş Qujrati (Hindistan) – 6, 7. Alireza Firuzca (Fransa) – 5, 8. Nicat Abasov (Azərbaycan) – 3,5.
Qeyd edək ki, Qukeş şahmat tacı uğrunda matçda çinli Dinq Lirenlə görüşəcək.