İsrailin Qüds/Yerusəlim şəhərində keçirilən “Grand Prix 2019” seriyasının sonuncu mərhələsi başa çatıb.

Offsideplus.az xəbər verir ki, Qran-Pri seriyasının qalibi 20 xal toplayan rusiyalı şahmatçı Aleksandr Qrişuk olub. İkinci yeri Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşi tutub. Hər iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə ediblər.

Ölkəmizi bu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov yarışı uğursuz başa vurub. Şahmatçımız yarışların yekunlarına görə 10 xalla 4-cü olub.

Qeyd edək ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov səhhəti ilə əlaqədar olaraq “Grand Prix 2019” seriyasının dördüncü mərhələsində iştirak etməyib. 

Beləliklə, Namizədlər Turnirinin bütün iştirakçıları məlum olub. Aralarında həmyerlimiz Teymur Rəcəbovun da yer aldığı 8 şahmatçı qalib adı uğrunda mübarizə aparacaq.