"Yuventus" maddi vəziyyətini qorumaq üçün UEFA Çempionlar Liqasına qatılmağı qarşısına əsas məqsəd kimi qoyub.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" məqsədinə çatmayacağı halda Kenan Yıldızı satmağı planlaşdırıb. Bu barədə İtaliya mediasından "La Gazzetta dello Sport" məlumat yayıb.
Turin klubu türk ulduzu 70-80 milyon avroya satmağı nəzərdə tutub.
Qeyd edək ki, Kenan 2024/25 mövsümündə "Yuventus"un forması ilə 37 oyuna çıxıb və 6 qola imza atıb.