Xames Rodriqes karyerasını yenidən Avropada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı ilə "Latsio" yaxından maraqlanır. Məlumatı "Gazzetta dello Sport" nəşri yayıb.
Yarımmüdafiəçinin agenti oyunçunu Roma klubuna təklif edib.
Qeyd edək ki, Rodriqes "Sao Paulo" ilə müqaviləsini ləğv edib. Futbolçu hazırda azad agentdir.