"Roma" klubu maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən cərimələnib.
Offsideplus.az xəbər verir ki, A Seriyası klubu iyunun 30-dək 28 milyon avrodan çox kapital qazana bilməyib. Bu səbəbdən UEFA "Roma"nı 5 milyon avro məbləğində cərimələyib.
Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.