"Roma"nın baş məşqçisi Joze Mourinyo dünən "Montsa"ya qarşı matç zamanı üzərinə mikrofon taxıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssisin özünü referilərdən "qorumaq" istəməsi olub:
"Mən axmaq deyiləm. Oyuna mikrofonla getdim. Paltardəyişmə otağından çıxıb, matç bitənə qədər hər şey yazılıb. Özümü qorumalı idim. Bu, karyeram ərzində gördüyüm ən bərbad referi idi".
Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb. "Roma"nın futbolçusu Zeki Çelik 90+5 dəqiqədə qırmızı vərəqə alıb.